Bu unikal xalça şəxsi şəkillərinizi sənət əsərinə çevirir. Portretlər, ailə fotoları və ya dəyərli xatirələr xalça üzərində əks olunaraq həm estetik, həm də emosional dəyər daşıyır. Hər bir fotoxalça fərdi sifarişlə və yüksək dəqiqliklə hazırlanır.
Ən əsası isə, bu prosesdə boyadan istifadə edilmir – yalnız təbii ipliklərin incə toxunuşu ilə hisslərinizi canlandırırıq.