Mədəni irsimizi, sənətkarlıq ənənələrimizi və müasir dekorativ sənət nümunələrini təqdim edən sərgilərimiz ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edir. “Dreamfest”, “İrəvan Xanlığı”, “İsrail Günləri”, “La Roche-Posay”, “Mədəniyyət Nazirliyi”, “Qlobal QHT”, “Traktor”, “Ulu Öndər Sərgisi” və “Zərifə Əliyeva” kimi möhtəşəm layihələrdə təqdim etdiyimiz əsərlər — foto xalçalar, portret kompozisiyaları, kəlağayı və ipək işləmələri, rəsmi hədiyyə nümunələri — xüsusi məkan tərtibatı ilə sərgilənir.
Hər bir sərgi qalereya məkanlarını yalnız sənətsevərlərin yox, həmçinin diplomatik və ictimai nümayəndəliklərin diqqətini çəkən mənəvi və vizual zənginliyə çevrilir. Ziyarətçilər burada milli mədəniyyətimizin canlı şahidi olur, həm də gələcək əməkdaşlıqlar üçün ilham götürür.