Gift Group olaraq, müştərilərimizin məmnuniyyətini və təqdim etdiyimiz məhsulların yüksək keyfiyyətini təmin etmək bizim əsas məqsədimizdir. Aşağıda zəmanət və geri qaytarılma siyasətimiz haqqında ətraflı məlumat verilmişdir:
Gift Group, istehsal etdiyi məhsullara minimum 50 il zəmanət təqdim edən yeganə şirkətdir. Bu zəmanət, məhsullarımızın keyfiyyətinə və davamlılığına olan inamımızın göstəricisidir. Hər bir məhsulumuz diqqətlə hazırlanır və uzunmüddətli istifadəyə zəmanət verir.
Şirkətimiz tərəfindən istehsal olunan məhsulların fərdiləşdirilmiş olması səbəbilə, geri qaytarılma yalnız müəyyən hallarda mümkündür.
Fərdi İstehsal Məhsulları:
Hər bir məhsul müştərinin xüsusi tələblərinə uyğun hazırlandığı üçün yalnız toxuma səhvi aşkar edildikdə geri qaytarılma mümkündür.
Şəkil Keyfiyyəti Məsuliyyəti:
Müştəri tərəfindən təqdim edilən görüntü aşağı keyfiyyətdədirsə, mütəxəssislərimiz müştərini bu barədə dərhal məlumatlandırırlar.
Əgər müştəri xəbərdarlığa baxmayaraq həmin görüntünün istifadəsində israr edərsə, Gift Group məhsulun yekun nəticəsinə görə məsuliyyət daşımır.
Geri Qaytarılma Proseduru:
Geri qaytarılma yalnız toxuma xətası hallarında mümkündür. Müştəri məhsulu təhvil aldıqdan sonra 14 gün ərzində bu barədə şirkətə yazılı müraciət etməlidir.
Məhsul ilkin vəziyyətində geri qaytarılmalı və müvafiq qiymətləndirmə aparıldıqdan sonra prosedur tamamlanacaqdır.
Məhsulların keyfiyyətli alınması üçün müştərilərdən aşağıdakıları nəzərə almaq xahiş olunur:
Potret xalçalar üçün yüksək dəqiqlikdə görüntülər təqdim edin.
Mütəxəssislərimizin tövsiyələrini diqqətlə nəzərdən keçirin və onlara əməl edin.
Bu şərtlər sifariş zamanı müştərilər tərəfindən avtomatik olaraq qəbul edilir.
Əlavə suallarınız və ya müraciətləriniz üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Telefon: +994 50 599 50 77
Ünvan: “Çıraq Plaza” Hotel və Biznes Mərkəzi
Gift Group – Keyfiyyət, Etibar və Məmnuniyyətin Ünvanı!